![](uploads/bakipantic.jpg) “Bakı” futbol
klubunun yeni baş məşqçisinin təqdimetmə mərasimi keçirilib. Klubun rəsmi
internet səhifəsində yer alan məlumata görə, artıq bir neçə gün komanda ilə
çalışan serbiyalı mütəxəssis Milinko Pantiç rəsmən mətbuata təqdim olunub. Mərasimdə
“Bakı” FK-nın prezidenti Hafiz Məmmədov da iştirak edib. Tərəflər
arasında müqavilə imzalandıqdan sonra Hafiz Məmmədov klubun yeni baş məşqçisinə
10 nömrəli formanı təqdim edib.
|