![](uploads/UEFA.jpg) Avropa
Liqasının ilkin təsnifat mərhələsinə start verilib. İlk oyun günündə iki təmsilçimiz
– “Qarabağ” və “Xəzər Lənkəran” səfərdə, müvafiq olaraq, “Metalurq” (Makedoniya)
və “Sliema” (Malta) klubları ilə qarşılaşıb. “Qarabağ” Makedoniya təmsilçisini
Reynaldo Silvanın 63-cü dəqiqədə vurduğu qolla 1-0 hesabı ilə məğlub edib. “Xəzər
Lənkəran” isə Malta səfərindən 1-1 hesablı heç-heçə ilə qayıdır. Cənub təmsilçisinin
yeganə qolu Nildo Frankanın (d.13) aktivindədir.
Bu
cütlüklərin cavab oyunları 11 iyul tarixində keçiriləcək.
|