Bu
gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında 2013/2014-cü illər mövsümünün
Çempionlar Liqası və Avropa Liqasının ilkin mərhələlərinin püşkatma mərasimi
keçirilcəcək. İlk olaraq saat 15:00-da Çempionlar Liqasının birinci və ikinci təsnifat
mərhələlərinin püşkü atılacaq. Ölkəmizi bu yarışda təmsil edən Topaz Premyer
Liqasının qalibi “Neftçi” klubu ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Təmsilçimiz püşkdə 1-ci qrupda yer alacaq. “Neftçi”nin mümkün rəqibləri
aşağıdakılardır:
“Jelyezniçar” (Bosniya və Herseqovina)
“Skenderbeu” (Albaniya)
“Birkirkara” (Malta)
“Vardar” (Makedoniya)
“Sutyeska” (Monteneqro)
Avropa
Liqasında ölkəmizi üç komanda təmsil edəcək. “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın
rəqibləri isə 16:00-da başlayacaq püşkatma mərasimindən sonra məlum olacaq.
|