![](uploads/DSC_6963.jpg) Topaz Premyer Liqasında aprel və may aylarının ən
yaxşılarının mükafatlandırılması mərasimində iştirak edən “Azerİnteltek” şirkətinin
idarə heyətinin sədri Ahmet Sezer fikirlərini bildirmişdir: “Bu il Peşəkar
Futbol Liqası ilə əməkdaşlığımızın bir ili tamam olur. Biz Premyer Liqaya
sponsorluq etməyə başlayanda Ramin Musayevə verdiyimiz sözlər var idi, bu sözləri
necə həyata keçirəcəyimiz barədə düşünürdük. Lakin ötən 6 ay ərzində bu sözləri
tuta bildik və buna görə çox sevincliyik. “Topaz” olaraq Azərbaycan Premyer
Liqasının sponsoru olmaqdan böyük bir qürur hissi keçiririk. “Topaz” artıq 3
ildir ki, fəaliyyət göstərir. İndi Azərbaycanın, demək olar ki, bütün
rayonlarında 500-ə yaxın nümayəndəliyimiz var, 1000-dən çox insanı işlə təmin
etmişik. İdmana marağı artırmaq üçün futbola dəstək verdik. Gələcəkdə də bu
yöndə fəaliyyətimizi davam etdirəcəyik. Ramin Musayevə və mətbuat işçilərinə
verdikləri dəstəyə görə minnətdaram”.
|