![](uploads/DSC_6962.jpg) Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı
futbolçularının mükafatlandırma mərasimi keçirilib. “JW Marriot Absheron
Baku” mehmanxanasında baş tutan tədbirdə KİV nümayəndələri arasında keçirilən
sorğunun nəticələrinə əsasən “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard
Almeyda aprelin, “Neftçi”nin çilili hücumçusu Nikolas Kanales isə mayın ən
yaxşı futbolçusu kimi pul mükafatına və hədiyyəyə layiq görülüblər. Hər iki
legioner futbolçu hazırda ölkəmizdə olmadıqlarından onların mükafatları
klubların nümayəndələrinə təqdim olunub.
Ötən iki ayda vurulan ən gözəl qolların müəllifləri www.pfl.az
saytında keçirilən
sorğunun nəticələrinə əsasən müəyyən olunub. Müvafiq olaraq aprel və may aylarında ən gözəl qolların müəllifləri seşilmiş “Rəvan”ın yarımmüdafiəçiləri
Tofiq Mikayılovla Ramazan Abbasova da pul mükafatı və hədiyyə təqdim olunub.
|