![](uploads/DSC_4596.jpg) Azərbaycan kubokunun “Neftçi” – “Xəzər Lənkəran” final
oyunundan sonra KİV nümayəndələri və azarkeşlər arasında uduşlu lotereya
keçirilmişdir. KİV nümayəndələri arasında keçirilmiş lotereyada “Futbol+” qəzetinin
əməkdaşı planşet, “Futbol Dünyası” və “Het-trik Nyus” qəzetinin əməkdaşları isə
smartfon uddular.
Azarkeşlər arasında keçirilən lotereyada bir smartfon və
bir planşet oynanılmışdır. Qeyd edək ki, smartfon və planşetlər HUAWEI şirkəti
tərəfində təqdim olunmuşdur.
Kubokun
final oyununda Performance Center-in təqdim etdiyi Chevrolet Aveo markalı avtomobili isə "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin çəkdiyi biletə əsasən Gəncə sakini İbrahimli
Ramin udmuşdur. Qalibə AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən maşının
açarları təqdim olundu. ![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/DSC_4532.jpg)
![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/DSC_4540.jpg)
![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/DSC_4546.jpg)
![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/7X9A9650.jpg)
![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/DSC_4562.jpg)
![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/7X9A9679.jpg)
![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/7X9A9683.jpg)
![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/DSC_4573.jpg)
![](http://pfl.az/uploads/21cikubok/metbuat/final/DSC_4577.jpg)
|