![](uploads/azkubokyeni.jpg) Bu
gün – 28 May tarixində 20-ci Azərbaycan kubokunun final oyununda “Neftçi” və “Xəzər Lənkəran” klubları qarşılaşacaq. Azərbaycan
futbolunun “Böyük Oyunu” saat 20:00-da başlayacaq və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq. Azarkeşlər saat 19:00-dan
etibarən Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan kubokunun
açılış mərasimini və müğənni Röyanın iştirakı ilə möhtəşəm şou-proqramı izləyə
bilərlər. Oyundan dərhal sonra isə Chevrolet Aveo avtomobili, smartfon və
planşetlərin uduşu keçiriləcək.
Qeyd
edək ki, Azərbaycan kubokunun “Neftçi” - “Xəzər Lənkəran” finalının ən yaxşı
oyunçusu SMS səsverməsi ilə seçiləcək. Azarkeşlər bütün mobil
operatorlardan 9192 qısa nömrəsinə boşluq buraxmadan komandanın baş hərfini və
futbolçunun forma nömrəsini göndərməklə səsvermədə iştirak edə bilərlər.
Nümunə:
n6 x14
(Neftçi, Rəşad Sadiqov) (Xəzər Lənkəran, Rahid Əmirquliyev)
|