27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Böyükağa Hacıyev: “Uğurlarımızın ardını gətirməyə çalışacağıq”      2013-05-27

Azərbaycan kubokunun “Neftçi” – “Xəzər Lənkəran” final oyunundan öncə təşkil olunmuş mətbuat konfransında çıxış edən paytaxt klubunun baş məşqçisi Böyükağa Hacıyev KİV nümayəndələrinin suallarına cavab verib:
“İki qardaş və əbədi rəqib olan komandalar – “Neftçi” və “Xəzər Lənkəran” sabah ölkə kubokunun finalında qarşılaşacaq. Çox maraqlı oyun gözlənilir. Premyer Liqanın son turundan sonra komandaya iki günlük istirahət vermişdik. Artıq bir həftədir ki, final oyununa hazırlaşırıq. Rəqibə hörmətlə yanaşırıq. “Xəzər Lənkəran” bu il çempionatı 9-cu pillədə başa vurmasına baxmayaraq, “Neftçi” üçün həmişə layiqli rəqib olub. Azərbaycanın istənilən komandası “Neftçi” ilə oyuna başqa motivasiya ilə çıxır. Çempionatda böyük irəliləyiş var, zəif komandalar güclü rəqiblə başabaş mübarizə aparır. Oyunöncəsi son məşqdən sonra komanda olaraq birlikdə final oyununa hazırlaşacağıq. Kim güclüdürsə, o da qalib gəlsin. Avropada ölkəmizi təmsil edəcək bütün komandalara uğurlar arzulayıram.


“Neftçi” həmişə əziyyət çəkən komandadır. Kubokun final oyunu bu mövsüm keçirəcəyimiz 50-ci oyun olacaq. Bütün yarışlarda böyük yol qət etdik. Klubun prezidenti Sadıq Sadıqov komandada qardaşlıq ab-havası yaradıb. Strategiyamız məlumdur: futbolçu və məşqçi olmaqdan qabaq qardaşıq. Məşq məşqdir, sonra isə istənilən vaxt qapım futbolçuların üzünə açıqdır. Hamısı öz işinin ustasıdır, oyunlara məsuliyyətlə yanaşırlar. Kuboku qazanmağa can atırıq. İstirahət etməyə vaxtımız yoxdur, final oyunundan sonra bütün diqqətimizi püşkatmaya yönəldəcəyik.


Vobay bizə “Xəzər Lənkəran”dan gəlib, Kanales isə bir tapıntı olub. 55 yaşım var, harada olmağımdan asılı olmayaraq, həmişə dönüb geriyə baxıram. Keçmişi unutmaq olmaz. Kanales də, Vobay da komandada qalacaq, heyətimizi bir neçə futbolçu ilə gücləndirəcəyik. Uğurlarımızın ardını gətirməyə çalışacağıq. Getmək istəyənin qarşısını almarıq.

Con Toşak məndən 10 yaş böyükdür, ona böyük hörmətim var. Toşakdan öyrənəcəyimiz çox şey var. Lakin meydanda məndə hörmət deyilən anlayış yoxdur.


Komandada çox gözəl ab-hava var. Son məşqimiz hamı üçün açıq olacaq. Nəsib olsa, sabah qızıl dubl edərik”.


   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: