![](http://pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasında 32-ci turun rəmzi komandası məlum olub. Instat Football
şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən
çempionatın son turunun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:
Qapıçı:
Ruslan Məcidov (AZAL)
Müdafiəçilər:
Habil Nurəhmədov (AZAL), Tural Nərimanov (AZAL), Junior Ailton (AZAL), Ruslan
Əmircanov (İnter)
Yarımmüdafiəçilər:
Ruslan Tağızadə (AZAL), Oskars Klava (AZAL), Asif Məmmədov (İnter), Viktor
İqbekoyi (AZAL)
Hücumçular:
Mindauqas Kalonas (Rəvan), Ramil Mansurov (İnter)
Turun
ən yaxşı oyunçusu AZAL-dan Viktor İqbekoyidir. Ötən turlarda olduğu kimi son
turda da “Turan”ın futbolçusu David Janelidze qapıya ən çox zərbə vuran
futbolçudur. Gürcü futbolçu həm də hava mübarizələrində uğurlu olub. Paytaxt “İnter”inin
makedoniyalı legioneri Slavço Georgiyevski və “Qarabağ”ın albaniyalı müdafiəçisi
Admir Teli ötürmələrdə ən dəqiq futbolçulardır.
“Simurq”dan
Rəşad Eyyubov ən çox top itkisinə yol verən, “İnter”li Brüs
Abdulaye isə əksinə - ən çox topa yiyələnən oyunçudur.
“Neftçi”nin
braziliyalı oyun qurucusu Flavio Aleks Valensio ən çox driblinq edən
futbolçudur. “Rəvan”dan Mindauqas Kalonas tur ərzində hamıdan çox – 7 dəfə
qayda pozuntusuna yol verib. 32-ci turun statistikası
|