![](uploads/DSC_3610.jpg) Bu gün baş tutan tədbirdə Azərbaycan kuboku və Super
kubokunun təqdimatı keçirilmişdir. Tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının
prezidenti Ramin Musayev fikirlərini bildirmişdir: “Fikrimcə, bu hamımız üçün sevindirici
haldır. Azərbaycan kubokunun yeni dizaynı və Super kubokla bağlı təklif
AFFA-nın prezidenti Rövnəq Abdullayevlə müzakirələrdə irəli sürüldü. Hər iki
kubokda milli ornamentlərin istifadə olunması daha məqsədə uyğun sayıldı.
Kubokların yeni formada hazırlanması qərara alındı. PFL tərəfindən hazırlanmış bir
neçə nümünəni Rövnəq Abdullayevə təqdim etdik və seçilmiş yekun variantı Rusiyada
sifariş etdik”.
Hər iki kubok Rusiyada hazırlanıb, 999 əyarlı qızıl suyuna çəkilib. Azərbaycan
kuboku mərmər altlıq üzərində 8 güşəli
ulduz və Odlar Yurdu Azərbaycanın rəmzi olan göy, qırmızı və yaşıl rəngli alov
dilimləri formasındadır. Kubokun üzərində Azərbaycanın xəritəsi olan futbol
topu var. Hümdürlüyü 50 sm, çəkisi 6,5 kq-dır.
Super kubok isə üstdən baxdıqda milli ornamentimiz olan buta
formasındadır. Mərmər altlıq üzərində 8 güşəli ulduz, super kubokun üzərində isə
PFL və AFFA-nın loqoları var. Hündürlüyü 45 sm, çəkisi 5,2 kq-dır. ![](http://pfl.az/uploads/21cikubok/DSC_3575.jpg)
|