![](uploads/kubokaveo.jpg) Azərbaycan
kubokunun “Neftçi” – “Xəzər Lənkəran” final oyununun biletləri satışa
çıxarılmışdır. Sektordan asılı olaraq 2-100 manat arası olan biletləri oyunun
keçiriləcəyi T.Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək
mümkündür.
Final
oyunundan öncə müğənni Röyanın iştirakı ilə möhtəşəm şou-proqram təşkil
olunacaq. Final oyunundan dərhal sonra isə azarkeşlər arasında uduşlu lotereya keçiriləcək.
Azarkeşlər 1 ədəd Chevrolet Aveo avtomobili, planşet və smartfon qazanmaq
imkanı əldə edəcəklər. ![](http://pfl.az/uploads/21cikubok/DSC_35381.jpg)
1-10, 19-28-ci sektorlar - 2 azn
11-13, 16-18, 30-37-ci sektorlar - 5 azn
14 və 15-ci sektorlar - 20 azn VIP C və VIP D - 100 azn ![](http://pfl.az/uploads/21cikubok/KUBOK2013-poster.jpg)
|