![](uploads/zohair200.jpg) “Xəzər Lənkəran” növbəti mövsüm və Avrokuboklar üçün
transfer çalışmalarını davam etdirir. Klubdan verilən məlumata görə, ilk olaraq Franko Nildonu rənglərinə
bağlayan cənub təmsilçisi daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb. Uzun
müddətdir ölkəmizdə çıxış edən mərakeşli Zohair Benouahi klubla iki illik
müqavilə bağlayıb. 26 yaşlı mərakeşli yarımmüdafiəçi bundan öncə Bakının
AZAL klubunun şərəfini qoruyub.
|