![](uploads/DSC_34691.jpg) Futbol üzrə Azərbaycan I Divizionunun qalibi “Ağsu”
komandası mükafatlandırılmışdır. Ağsu rayonuna səfər edən Peşəkar Futbol
Liqasının prezidenti Ramin Musayev, PFL-in heyəti və media nümayəndələrini Ağsu
rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, icra hakimiyyətinin nümayəndələri
və “Ağsu” klubunun futbolçu və məşqçi heyəti qarşıladı. Qonaqlar və rayon icra
nümayəndələri ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoydular.
Ağsu şəhər mədəniyyət evində təşkil olunmuş tədbirdə çıxış
edən Ağsu rayon icra hakimiyyətinin başcısı Ənvər Seyidəliyev “Ağsu” klubunun
çempion olmasının rayon futbolu üçün böyük uğur olduğunu vurğulamışdır. PFL-in
prezidenti Ramin Musayev qazanılan uğur münasibətilə komandanı və rayon rəhbərliyini
təbrik etmiş, bu uğurların davamlı olmasını arzulamışdır. PFL-in prezidenti Ramin
Musayev I Divizionda 2012/2013-cü il mövsümünün qalibi olmuş “Ağsu”
klubuna qızıl medallar və çempionluq kubokunu təqdim etdi. 19 qolla I
Divizionun bombardiri olmuş “Ağsu” klubunun futbolçusu Nicat Tağıyevə də PFL tərəfindən
xüsusi mükafat verilmişdir.
|