![](uploads/neftciyeni.jpg) İlk dəfə 16 il əvvəl
start götürən, lakin yalnız 2008-ci ildən ənənəvi hal alan əvəzedicilərin
çempionatında qalib gələn “Bakı” tarixində 2-ci dəfə yarışın qalibi oldu.
Bununla da paytaxtın eyniadlı təmsilçisi “Neftçi”nin ikiqat çempionluğunu
təkrarladı.
2-ci olan “Simurq” isə
ilk dəfə əvəzedicilərin yarışında mükafatçılar sırasına düşdü. Zaqatalalılar
mükafat qazanan 9-cu komanda oldu.
Bürünc medalı son
oyundakı qələbə ilə qazanan “Neftçi” 4-cü dəfə “üçlüy”ə düşməklə hərəyə 3
medalı olan “Bakı” və “Qəbələ”ni arxada qoydu. “Ağ-qaralar” çempionların
uğursuzluq ənənəsini qırdı. Belə ki, bunadək hər dəfə çempion növbəti mövsümdə
ilk “üçlük”dən uzaq düşürdü. Bakılılar isə ötənilki çempionluğu bu dəfə
bürünclə əvəzlədi. Bununla da ardıcıl 3 dəfə mükafat qazanan “Qəbələ”nin
rekorduna yaxınlaşdı.
AZƏRBAYCAN ÇEMPİONATLARI
|
mövsüm
|
çempion
|
II yer
|
III yer
|
1997/98
|
OİK (Bakı)
|
Neftçi (Bakı)
|
Kəpəz (Gəncə)
|
2008/09
|
Neftçi (Bakı)
|
Qarabağ (Ağdam
|
Bakı
|
2009/10
|
Qarabağ Ağdam
|
İnter (Bakı)
|
Qəbələ
|
2010/11
|
Bakı
|
Turan (Tovuz)
|
Qəbələ
|
2011/12
|
Neftçi (Bakı)
|
Qəbələ
|
İnter (Bakı)
|
2012/12
|
Bakı
|
Simurq (Zaqatala)
|
Neftçi (Bakı)
|
|