![](uploads/revan.jpg) Topaz Premyer Liqasının son oyununda “Rəvan” Lənkəranda
yerli “Xəzər Lənkəran” komandasını 2-1 hesabı ilə məğlub etdi.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Sonuncu tur
olmasına baxmayaraq, gərgin və maraqlı oyun oldu. Avrokuboklarda “Xəzər
Lənkəran”a və bütün komandalarımıza uğurlar arzulayıram”.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Maraqlı
oyun oldu. Rəqib bizdən ağıllı və yaxşı oynadı. Rəqib qələbəyə layiq idi,
təbrik edirəm. Çoxlu qol imkanlarından yararlana bilmədik”.
|