![](uploads/azalyeni.jpg) Topaz Premyer Liqasının 32-ci turunda doğma meydanda “Kəpəz”i
qəbul edən AZAL ardıcıl7-ci ev oyununda qələbə qazandı – 4:0.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Mövsümün
son oyunu idi. Komandada səfər əhval-ruhiyyəsi var. Komanda Premyer Liqa ilə
vidalaşıb, I Divizionda mübarizə aparacaq. Güclü rəqibə qarşı oynadıq, məğlub
olduq. Hesab böyük olmaya bilərdi, fərqi azaltmaq üçün imkanlarımız oldu”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Mənim üçün çox
vacib oyun idi. Çempionatın son oyunu olmasına və “Kəpəz”in elitanı tərk
etməsinə baxmayaraq, futbolçularımdan sona kimi mübarizə aparmağı xahiş
etmişdim. Çox vaxt deyirlər ki, “ikinci altılıq”da komandalar həvəssiz
oynayırlar. Lakin son oyuna kimi komanda ruhunu saxladıq, mübarizə apardıq. Mahmud
Qurbanovun komandasında bir az təcrübə çatmır, yaxşı komandadır. O, öz
bacarığını komandaya aşılamağa çalışır. Komandaya gələcəkdə uğurlar arzulayıram”.
|