![](uploads/turanyeni.jpg) Topaz Premyer Liqasının son turunda “Sumqayıt”la qarşılaşan “Turan”
rəqibini 2-1 hesabı ilə məğlub etdi.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “İlk
hissədə futbol adına heç nə ilə yadda qalmadıq. Erkən qol buraxdıq, az sonra
0-2 hesabı ilə geri düşdük. İlk hissə xəcalətverici idi. İkinci hissəni isə
qənaətbəxş hesab edirəm. Təəssüf ki, cəmi bir qol vura bildik, məğlub olduq. Buna səbəb isə
oyunda topa nəzarət etsək də, son
ötürmələrdə qeyri-dəqiq olmağımızdır. Bu problem mövsüm boyu oyunlarımızda özünü
göstərdi”.
Əfqan Talıbov, “Turan” klubunu baş məşqçisi: “Rəqib ilk
hissədə oyuna nəzarət edirdi, lakin yüksək temp, sürətli ötürmələr yox idi. Qol
vurana qədər bir-iki epizod yarada bildik. Xoşbəxtlikdən qolu tez vurduq, ardı
da gəldi. İlk hissənin sonu göstərdi ki, ikinci hissədə “Sumqayıt” daha üstün
oynayacaq. İkinci hissədə rəqib mərkəzdə pressinq tətbiq etdi, oyuna nəzarət
etdi, istədiyi qolu vurdu. Əvəzetmələrlə oyunu bərabərləşdirmək istəsək də,
alınmadı. Rəqib azlıqda qalandan sonra isə Ballo təkbətək epizodda fərqi artıra
bilərdi”.
|