![](uploads/inter.jpg) “İnter” komandasına
iyun ayının 2-dək istirahət verilib. Klubun saytında yer alan məlumata görə, komanda
həmin gün Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində bir
araya gələcək. 9 günlük ilk təlim-məşq toplanışı çərçivəsində komanda iki yoxlama
oyunu keçirəcək.
Hazırlıq prosesinin ikinci mərhələsi Sloveniyada baş tutacaq.
İyun ayının 14-dən 27-dək davam edəcək toplanış çərçivəsində “İnter” beş
yoxlama qarşılaşması keçirəcək.
Qeyd edək ki, “İnter” bu mövsüm ölkəmizi Avropa Liqasında
təmsil edəcək.
|