![](http://pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının son turunda “Qarabağ” öz meydanında “Simurq”u qəbul
etdi. Qarşılıqlı hücumlarla keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.
İqor Getman, “Simurq” klubunun məşqçisi: “Bu oyunun turnir
cədvəli baxımından heç bir əhəmiyyəti olmasa da, hər iki komanda yaxşı oyun
göstərmək istəyirdi. “Qarabağ” çox texnikalı komandadır. Bu səbəbdən oyuna ehtiyatla
başladıq. Hər iki komandanın futbolçularına yaxşı oyuna görə təşəkkür edirəm. “Qarabağ”
klubuna Avroliqada uğurlar arzulayıram”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Mövsümün
bitməsi münasibəti ilə hamını təbrik edirəm. Gərgin və maraqlı mövsüm oldu,
maraqlı oyunlar izlədik. Son matç olduğu üçün futbolçuların fikirləri oyunda deyildi. Buna baxmayaraq, komandanı bu
oyuna hazırlaya bildik. Əsas odur ki, futbolçularda zədə olmadı. Qalib gəlmək
istəyirdik, oyun üslubumuzdan əl çəkmədik. Oyunda qol imkanları bol olmasa da, hər
iki komandanın düşünülmüş hücumlar var idi. Fikrimcə, bərabərlik ədalətli nəticədir.
Oyunumuzda çatışmazlıqlar olub, var, olacaq. Bu, futboldur. Növbəti 15 gündə
transferlərlə məşğul olacağıq. KİV nümayəndələrinə də təşəkkürümü bildirirəm,
bizimlə mövsüm boyu birgə olduqları üçün. Yaxşı cəhətlərimizi də, pis
cəhətlərimizi də yazdılar”.
|