![](uploads/divizion.jpg) Futbol
üzrə Azərbaycan I Divizionunda 2012/2013-cü il mövsümünün çempionu məlum olub.
Son turda səfərdə “Şahdağ” üzərində qələbəni bayram edən “Ağsu” komandası “Qaradağ
Lökbatan”la eyni sayda xal toplasa da, şəxsi görüşlərdəki nəticələrə görə I
Divizionda mövsümü çempion kimi başa vurub.
“Şuşa”
2-2 “Göyəzən”
(Xəzər Qəribov 74 (p,); İsrafil Qarayev,
80 // Azad Böyukkişiyev, 34 ; 63)
“Tərəqqi”
1-0 “Energetik”
(Elşən Hacıyev, 65)
“Neftçala”
6-1 “Şəmkir”
(Aslan Hüseynov, 21; 36; 68; Mübariz Abbasov, 59 (ö.q.); Aqşin Həşimov, 90;
Samir Abdulov, 90+2 // Rəşad Piriyev, 7)
“Şahdağ”
2-3 “Ağsu”
(Yusif Yusifzadə, 31 (p.); Vitali Xobua, 88 (p.) // Ramil Nəsibov, 42; Elçin Həşimov,
73; Rəhman Əzizov, 86)
“Qala” 0-2 “Lokomotiv”
(Adil İbrahimli, 59; Orxan İbrahimov, 77)
|