Unibank Premyer Liqasının XXIII turunda baş tutan paytaxt derbisində "İnter" cari mövsümdə ilk dəfə "Bakı"nı məğlub edə bildi - 1:0.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: "Komandam "Bakı" ilə
çətin oyuna çıxmışdı. Buna görə də komandada gərginlik var idi. Komandam imkanlarından
aşağı səviyyədə çıxış
etdi. Buna baxmayaraq, oyunçularım əzmkarlıq göstərərək qələbə hesabını qoruya
bildi. Asif Məmmədovun qırmızı vərəqə almasına gəldikdə isə deməzdim ki, o,
bunu qəsdən etdi. Məncə,
buna oyundakı gərginlik səbəb oldu".
Novruz Əzimov, “Bakı” klubunun məşqçisi: "Futbolçularım bu oyunda verdiyim
tapşırıqları yerinə yetirmədilər. Məhz buna görə də məğlub olduq. Starkovun
istefası bugünkü oyuna təsir göstərdi. Bu vəziyyətdə komandanı oyuna kökləmək çətin
idi. O, yaxşı məşqçi idi. Düşünürəm ki, Starkovun
"Bakı"dakı işləri alınmadı. Kaxaber Sxadadzedən fərqli olaraq,
Starkov Azərbaycan futboluna uyğunlaşa bilmədi. Mən də ona gələcək
işlərində uğurlar arzulayıram".
|