![](uploads/neftciyeni.jpg) Topaz Premyer Liqasının 31-ci turunda Qəbələyə səfər edən
“Neftçi” çempionluq üçün vacib olan 1 xalı “Qəbələ” ilə oyunda qazandı – 1:1.
Luis Araqon, “Qəbələ” klubunun baş məşqçisi: “”Neftçi”
komandasını təbrik edirəm, qalib gələ bilməməyimizə təəssüflənirəm. İkinci hissədə
oyunda tam üstün tərəf idik. Komandanın əsas heyətində 4 gənc futbolçuya şans
vermişdik. Fikrimcə, doğru yoldayıq”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Ümumilikdə,
yaxşı oyun alındı. Bu cür oyunlar çətin olur. “Qarabağ”ın əziyyətinə heyfim gəlir.
Çempionluq üçün çox əziyyət çəkdilər, lakin bu fürsəti əldən verdilər. Mən isə
bu fürsəti əldən verməzdim. “Xəzər Lənkəran”ı da Avroliqaya vəsiqə qazanması ilə
təbrik edirik”.
|