Topaz
Premyer Liqasının 30-cu turunda “Neftçi” doğma meydanda “Simurq”la heç-heçə edərək
vaxtından əvvəl çempion olmaq şansını növbəti turlara saxladı – 1:1.
İqor
Getman, “Simurq” klubunun məşqçisi: “Avroliqada iştirak etmək üçün komandamıza
nəticə qazanmaq lazım idi. Komanda sona kimi mübarizə apardı, futbolçularımıza
təşəkkürümü bildirirəm.”Neftçi” ilə oyunlar həmişə çətin olur, qarşıdakı
oyunlarda qələbə qazanmağa çalışacağıq”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Bu gün çempion olmaq qismətimizdə yox
imiş. Buraxdığımız qolda rəqibin topa zərbəsi komanda yoldaşına dəyərək istiqamətini
dəyişdi və qapıya daxil oldu. Qarşıda “Qəbələ” və “Bakı” ilə oyunlarımız var.
Çempion olmaq üçün 1 xal qazanmalıyıq. Yarımmüdafiə xəttində müəyyən çətinliklərimiz
var idi. Nikolas Kanalesin bu gün olmaması da oyunumuza təsir etdi”.
|