Topaz
Premyer Liqasının 30-cu turunda “Qəbələ” səfərdə “Bakı” klubunu minimal hesabla
məğlub etdi – 1:0. “Qəbələ”nin qələbə qolu Lourival Assisin aktivindədir.
Luis
Araqon, “Qəbələ” klubunun məşqçisi: “Bundan öncə keçirdiyimiz oyunlarda da
qələbə layiq idik, lakin qalib gələ bilmirdik. Oyunun əvvəlindən sona kimi
komandam yaxşı oynadı, daha çox qol vura bilərdik. Oyun öncəsi müdafiə xəttində
müəyyən çətinliyimiz var idi. Bu gün heyətdə 21 yaş altı 4 futbolçumuz var idi.
Bu həm bizim üçün, həm də Azərbaycan futbolu üçün yaxşı haldır. Qazanılan qələbəyə
görə azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm”.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Çox pis oynadıq, komanda oyunu yox
idi. Futbolçular daha çox fərdi oyuna üstünlük verdilər. Rəqib qələbəyə layiq idi. Buna
qədər 7 oyunda məğlub olmuşduq, hamısında da mübarizə aparıb uduzmuşduq. Lakin
bu gün belə olmadı. Mən oyunçu olsaydım bugünkü oyunumuzla fəxr etməzdim”.
|