![](uploads/xezer.jpg) Topaz
Premyer Liqasının 30-cu turunda “Xəzər Lənkəran” doğma meydanda “Turan”ı 1-0
hesabı ilə məğlub etdi.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Komandam yaxşı oynadı, futbolçulardan
razıyam. “Xəzər Lənkəran”ın stadionunda bu cür ab-havada oynamaq çox xoşdur.
İkinci hissədə qol imkanlarımız oldu, yararlana bilsəydik bu oyunda xal qazana
bilərdik, qalib də gələ bilərdik. Rəqibin oyununu təhlil etmişdik. Əsasən mərkəzdən
oyun qurduqlarını bilirdik, ona görə bu zonadan hücum şansı yaratmadıq. Təəssüf
ki, məğlub olduq”.
Con
Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Heyətlə bağlı müəyyən çətinliyimiz
var, 7-8 futbolçumuz zədə səbəbindən bu oyunda komandaya kömək edə bilmədi. “Turan”
bu gün 1 xal da qazana bilərdi. Mövsümün sonunda futbolçuların yorğun olması da
özünü göstərir”.
|