![](uploads/kepezyeni.jpg) Topaz
Premyer Liqasının 30-cu turunda “Kəpəz” “Rəvan” 3-1 hesabı ilə məğlub edərək
mövsümdə dördüncü qələbəsini rəsmiləşdirdi.
Ramil
Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Oyun öncəsi heyətdə itkilərimiz var
idi. Əsasən gənc futbolçulara şans verdik. Ümumi oyundan razıyam.
Soyunub-geyinmə otağında boş-boş danışan komanda üzvlərinin də oyununu gördük.
Belə oyunlar komandanın gələcək mövsüm üçün heyətinin müəyyən edilməsi üçün önəmli
rol oynayır. Gənc oyunçulardan 1997-ci il təvəllüdlü Anar Həsənovun oyunundan
razı qaldım”.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Qələbə hər zaman xoşdur. Baxmayaraq
ki, Premyer Liqanı bu mövsüm tərk edəcəyik, hər oyuna qələbə əzmi ilə çıxırıq”.
|