![](uploads/inter.jpg) Topaz
Premyer Liqasının 29-cu turuna paytaxt derbisi ilə yekun vurulub. Rəqibini 2-1
hesabı ilə məğlub edən “İnter” növbəti üç xalı aktivinə yazdı.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Rəqibin bizdən daha yaxşı oynadığını düşünmürəm.
Xüsusən ikinci hissədə üstün oynadıq, erkən qol vurduq, topa nəzarət etdik.
İki sadə qol buraxdıq. Hər bir halda yaxşı oyun oldu, qarşıdakı oyunlara
hazırlaşmalıyıq”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Qalib gəldiyimiz üçün şadam. Oyunun
taleyini artıq ilk hissədə həll edə bilərdik. İkinci hissədə daha çox qol
buraxırıq. Qapımıza vurulan qolları, demək olar ki, rəqibə hədiyyə edirik.
Qalib gəlib Avroliqaya vəsiqə qazandıq. Komandanı təbrik edirəm”.
|