![](uploads/neftciyeni.jpg) Topaz
Premyer Liqasının 29-cu turunda “Neftçi” ən yaxın izləyicisi “Qarabağ”ı səfərdə
2-1 hesabı ilə məğlub edərək növbəti çempionluq üçün vacib qələbə qazandı.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Məğlub olduq, lakin futbolçularıma
təşəkkürümü bildirirəm, sona kimi mübarizə apardılar. Azarkeşlərimizə də təşəkkürümüzü
bildirirəm, məğlub vəziyyətdə olmağımıza baxmayaraq, bizi axıradək dəstəklədilər.
Qarşıdakı oyunlara komandanı psixoloji cəhətdən hazırlamaq lazımdır”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Çox çətin oyun oldu. Futbolçularıma təşəkkür
edirəm, özlərində güc tapıb oyunda iki qol vurdular. Bu gün nəticəyə oynadıq.
Qarşıda daha üç tur var, hər şey ola bilər. Çempionluq uğrunda böyük addım
atdıq. Turnir cədvəlində “Qarabağ”dan 6 xal irəlidəyik. Bir günlük istirahətdən
sonra növbəti oyuna hazırlaşacağıq”.
|