![](uploads/Smqyityeni.jpg) Topaz
Premyer Liqasının 29-cu turunda “Sumqayıt” “Rəvan”ı 4-1 hesabı ilə məğlub edərək
10-cu pillədəki mövqeyini qorudu.
Ramil
Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Rəqib komandaya bugünkü oyunda xal daha
çox lazım olduğu üçün bizdən daha istəkli və aqressiv oynadılar. Samuel Barlayın
qırmızı vərəqə almasından sonra oyun bizim üçün artıq bitdi. Qarşıdakı
oyunlarda qələbə qazanmağa çalışacağıq”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Komandamı təbrik edirəm, qələbə
qazandığımız üçün şadam. Bundan da çox futbolçuların taktiki gedişləri düzgün
yerinə yetirdiklərinə sevinirəm. Oyunun əvvəlindən sonuna kimi üstün idik. Komandam
aqressiv oynadı, rəqibin iki futbolçusu qırmızı vərəqə aldıqdan sonra bizə daha
asan oldu. Qol vurandan sonra müdafiədə bəzi səhvlər buraxdıq, “Rəvan” oyunda
dönüş yarada bilərdi”.
|