![](uploads/xezer.jpg) Topaz
Premyer Liqasının 29-cu turunda “Xəzər Lənkəran” doğma meydanda “Kəpəz” klubunu
qəbul etdi. Sadio Tounkaranın ikinci hissədə vurduğu tək qolla rəqibini məğlub
edən cənublular növbəti üç xalı aktivinə yazdı.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Bacardığımız qədər mübarizə apardıq.
Var gücümüzü ortaya qoyduq. Təəssüf ki, bizdə bacarıqlı, təcrübəli hücumçu yoxdur”.
Con
Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Rəqibin ən güclü oyunçusu
qapıçısı idi. Komandamız bugünkü oyunda qalib gəlməyə layiq idi. Buna baxmayaraq,
yaratdığımız bir çox qol imkanından istifadə edə bilmədik. Heyətin 5-6
futbolçusu zədə səbəbindən bu gün bizə kömək edə bilmədi”.
|