![](uploads/simurqyeni.jpg) Topaz
Premyer Liqasının 29-cu turunda “Simurq” doğma meydanda “Qəbələ”ni 2-0 hesabı
ilə məğlub edərək turnir cədvəlində mövqeyini möhkəmləndirdi.
Luis
Araqon, “Qəbələ” klubunun məşqçisi: “Qalib gəlmək istəyirdik, topa çox sahib
olmağımıza baxmayaraq, rəqib əks-hücumlarla iki qol vurdu. Növbəti oyunlara
hazırlaşacağıq”.
İqor
Getman, “Simurq” klubunun məşqçisi: “Çox vacib 3 xal qazandıq. İlk hissədə istədiyimiz
nəticəni əldə edə bilmədik. Lakin ikinci hissədə etdiyimiz əvəzetmələr
oyunumuza müsbət təsir etdi. Futbolçuları təbrik edirəm, Avroliqaya vəsiqə
uğrunda vacib qələbə qazandıq”.
|