![](uploads/azalyeni.jpg) Topaz
Premyer Liqasının 29-cu turuna “Turan” – AZAL qarşılaşması ilə start verildi. Rəqibini
2-0 hesabı ilə məğlub edən “təyyarəçilər” mövsümdə 13-cü qələbəsini bayram
etdi.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “”Turan” komandası ilə oyunlarımız həmişə
çətin olur. Bugünkü “Turan” daha istəkli idi, daha aqressiv oynayırdı. Rəqib
Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Biz də hər oyunda qələbə
qazanmaq üçün oynayırıq. Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq”.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Mənə elə gəlir ki, “Turan”ın aqibəti
heç kimi maraqlandırmır. Hər mövsüm belə olur. Hər bir komandanın əsas
üstünlüyü doğma meydanda oynamasıdır. Biz isə bundan məhrumuq. Futbolçuların fiziki gücü
yoxdur, oyuna normal hazırlaşa bilmirik. AZAL azlıqda qalsa da, 5 dəfə əks-hücumda
qapımıza qol vura bilərdi. Vəziyyətimiz çətindir, lakin sonadək mübarizə
aparacağıq”.
|