![](http://pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasında ötən turun simvolik komandası məlum
olmuşdur. “Instat Football” şirkətinin Peşəkar Futbol Liqası üçün təqdim etdiyi
turun statistik məlumatlarına əsasən Topaz Premyer Liqasının 28-ci turunda simvolik komanda aşağıdakı kimidir:
Qapıçı – Tural Abbaszadə (Kəpəz)
Müdafiəçilər – Oskars Klava
(AZAL), Usim Nduka (AZAL), İqor Mitreski (Neftçi), Mahir Şükürov (Neftçi)
Yarımmüdafiəçilər – Cavid Tağıyev (AZAL), Lukas Mario Horvat (Bakı), Julius
Vobay (Neftçi), Zohair Benouahi (AZAL)
Hücumçular
– Nikolas Kanales (Neftçi), Rauf Əliyev (Bakı)
Statistikaya görə turun ən yaxşı oyunçusu 285 xalla “Neftçi”nin
hücumçusu Nikolas Kanalesdir.
Turun ən çox qayda pozuntusuna yol verən oyunçusu “Kəpəz”dən
Bujamin Asanidir.
“Rəvan”dan Tural Axundov isə turun ən çox qayda pozuntusuna məruz
qalmış oyunçusudur.
Qapıya doğru ən çox zərbə endirən futbolçu “Turan”dan
David Janalidze, ən çox dəqiq ötürmə verən isə AZAL-ın futbolçusu Vladimir
Boqdanoviçdir.
“Qarabağ”dan Kristian Torres turun ən çox driblinq edən futbolçusudur. Hava toplarında isə “Sumqayıt” klubunun futbolçusu
Sabir Allahquliyev hamıdan uğurlu olub. Topaz Premyer Liqası, 28-ci turun statistikası
|