Topaz Premyer Liqasında
mart ayının ən yaxşı oyunçusunun və ən yaxşı qolunun müəllifinin
mükafatlandırılması mərasimində iştirak edən “Fenerbahçe” klubunun keçmiş
futbolçusu Selçuk Yula, həmçinin mart ayının ən yaxşı oyunçusu
Marius Pena və ən yaxşı qolun müəllifi Cavid Tağıyev öz fikirlərini bildirmişlər.
Selçuk Yula: “Bu artiq ikinci belə tədbirdir, bütün
iştirakçıları təbrik edirəm. Bu cür tədbirlər Türkiyədə də uzun illərdir
keçirilir. Mən özüm də bir neçə dəfə ayın ən yaxşı oyunçusu və ən yaxşı qolu müəllifi
nominasiyalarında mükafatlar almışam. Bu sevindirici haldır, inanıram ki, Azərbaycanda
da davamlı olar. “Qalatasaray”ı indidən çempionluqla təbrik edirəm. “Fenerbahçe”
klubuna isə Avroliqanın yarımfinal oyununda uğurlar arzulayıram”.
Marius Pena: “Azərbaycan klubunun tanınmış bir
Avropa klubu ilə oynamasını çox yaxşı hal sayıram. Buna görə sevinirəm.
Komandamın Avroliqa şansları davam edir. Bu klubda çıxıış etdiyim üçün xoşbəxtəm.
Məndən başqa ayın ən yaxşı futbolçusu adına kimin layiq olduğunu deyə bilmərəm.
Hər halda, bu, verilən səslərdən asılıdır. Ayın oyunçusu seçilmək tək mənim
deyil, hər bir futbolçunun arzusudur. Bu uğurda mənim komanda yoldaşlarımın və
məşqçinin də rolu var. Əgər komandam uğur qazanırsa, mən də qazanıram”.
Cavid Tağıyev: “İlk yeri tutmağım mənim üçün
gözlənilməz oldu. Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Uğurun ardını
gətirməyə çalışacağam”.
Sorğunun nəticələri
|