![](uploads/DSC_1970.jpg) Topaz
Premyer Liqasında mart ayının ən yaxşı oyunçusunun və ən yaxşı qolunun müəllifinin
mükafatlandırılması mərasimində iştirak edən AzəridmanServis MMC-nin baş
direktoru Azər Məhərrəmov nitqində demişdir: “Artıq ənənəyə çevrilmiş tədbir
iştirakçılarımızı Gənclər İdman Nazirliyi və AzəridmanServis
MMC-nin adından salamlayıram. Ümid edirəm ki, idman nəaliyyətlərimizin sayı hər
ay bir az daha artacaq. PFL ilə birgə 3 illik layihəmizin bir neçə tərəfi var. Biz
maliyə və iqtisadi tərəfinə görə məsuliyyət daşıyırıq. Texniki və peşəkarlıq məsələrinə
isə PFL cavabdehdir. Bu və ya digər qərarlar alarkən hər iki tərəf Dünya və Avropa standartlarını
əsas götürür. Əgər Topaz məntəqələrində qanun pozuntusu ilə rastlaşmısınızsa,
bunu mənə bildirin. Sübut olunarsa, həmin məntəqə bizim qara siyahiya daxil ediləcək
və liseniziyası geri alınacaq”.
|