![](uploads/DSC_1911-1.jpg) Topaz Premyer Liqasında mart ayının ən yaxşı
oyunçusunun və ən yaxşı qolunun müəllifinin mükafatlandırılması mərasimində
iştirak edən PFL-in prezidenti Ramin Musayev nitqində demişdir: “Əvvəlki tədbirimizdən
fərqli olara bu dəfə KİV nümayəndələrinin sayı azdır. KİV bu il futbola diqqət
ayıran tərəfdaşlarımıza daha çox dəstək olmalıdır. KİV nümayəndələrinin sayəsində
hər ayın ən yaxşıları seçilir, bizim yarışları işıqlandırılır. Lakin jurnalistlər
futbolçuları tənqid etməkdən çox futbol rəhbərlərini tənqid edirlər. Sanki futbolu
rəhbərlər oynamalıdır. Milli komandanın heyətində olan hər hansı bir futbolçu
çempionat oyunlarında özünü göstərə bilmirsə, onu tənqid etmək lazımdır. Çünki,
o, milli komandaya, hamımıza lazım olan futbolçudur. Topaz-ın sayəsində Premyer
Liqanın oyunlarından canlı yayımın sayı bir neçı dəfə artıb, I Divizionun da bəzi
oyunlar televiziya vasitəsi ilə yayımlanır. Amma bundan heç bir KİV yazmır. Premyer
Liqanın bombardirləri sırasında yerli oyunçuların olmamasını araşdırmaq
lazımdır. Bunda nə PFL-in, nə də AFFA-nın günahı yoxdur. Çempionat milli
komandamız üçün keçirilir. Lakin milli komandanın üzvləri arxayınlaşmamalıdır. Premyer
Liqanın formatının dəyişməsi Topaz üçün də xeyirlidir, çünki, çempionatda
keçiriləcək oyunların sayı artacaq”.
|