![](uploads/DSC_1970.jpg) Mart ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu və ən
yaxşı qolun müəllifi “Four Seasons” mehmanxanasında keçirilən tədbirdə
mükafatlandırılmışlar.
KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə
görə, Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu “Bakı” FK-nın
oyunçusu Marius Pena seçilib. Rumıniyalı hücumçuya PFL-in prezidenti Ramin
Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov
tərəfindən 1 500 azn pul mükafatı verilmişdir.
www.pfl.az saytında
keçirilən sorğuya əsasən isə AZAL klubunun gənc futbolçusu Cavid Tağıyevin ötən
ay “Qəbələ”nin qapısına vurduğu qol ən yaxşı qol seçilmişdir. Cavid Tağıyevə PFL-in
prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş
direktoru Azər Məhərrəmov tərəfindən 1 000 azn pul mükafatı verilmişdir.
Tədbirdə, həmçinin, Topaz Premyer Liqasında mart ayında keçirilən
oyunların nəticəsini düzgün təxmin etmiş jurnalistin mükafatlandırılması da
keçirilib. Nominasiyanın qalibi 18 oyundan 11-nin nəticəsini düzgün təxmin
etmiş www.mundial.az saytının nümayəndəsi Elvin
Rüstəmov olmuşdur. ![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1911.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1921.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1943.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1950.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1955.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1958.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1963.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_1979.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_2009.jpg)
![](http://pfl.az/uploads/21cikubok/prtkllar/martthebest/DSC_2010.jpg)
|