![](uploads/azalyeni.jpg) Topaz Premyer Liqasının 28-ci turunda AZAL “Xəzər Lənkəran”ı
2-0 hesabı məğlub etdi.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyuna
öz baxışımızdan yanaşsaq, 0-2 hesabı ilə məğlub olduğumuz üçün bəxtimiz gətirdi.
Bu, bizim üçün limit idi. Bundan bir neçə gün öncə kubokda çətin oyun keçirdik.
Elnur Allahverdiyevin meydandan qovulmasından sonra işimiz bir az da çətinləşdi.
Heyətimizdəki 20 yaşlı gənc futbolçu səhər ordu sıralarından birbaşa oyuna gəlib. Lakin
rəqibin heyətində Benouahi və Nildo kimi futbolçular ikinci hissədə meydana
daxil oldular. Bu oyun, belə demək mümkünsə, “kişilərin yeniyetmələrə qarşı” oyunu oldu”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Məqsədimiz
qalib gəlmək idi, bunu bacardıq. İkinci altılığın güclü komandasına qarşı
oynadıq. Kubokda keçirilən oyundan sonra rəqib psixoloji cəhətdən daha üstün idi. İlk hissədə vurduğumuz qol və rəqib futbolçunun qırmızı vərəqə almasından sonra oyun
formal xarakter daşıdı. Oyunçularım verilən tapşırıqları uğurla yerinə yetirdilər.
Komandanı təbrik edirəm”.
|