![](uploads/neftciyeni.jpg) Topaz
Premyer Liqasının 28-ci turunda “Neftçi” “İnter”i 2-0 hesabı ilə məğlub edərək turnir
cədvəlində liderliyini qorudu.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Paytaxt derbisində iki güclü komanda
qarşılaşdı, çətin oyun oldu. Sevindirici haldır ki, komandamız son 15 gündə
keçirdiyi 5 oyunda fiziki gücünün nə qədər yüksək olduğunu göstərdi.
Qalib gəldiyimiz üçün şadam. Bizim çempionluq yarışında əsas rəqibimiz “Qarabağ”dır.
Yolumuza davam edirik”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Oyun
haqqında artıq heç nə demək istəmirəm. İkinci hissədə 10 nəfərlə qalsaq da, komandam
yaxşı oynadı”.
|