![](uploads/bakiyeni.jpg) Topaz
Premyer Liqasının 28-ci turunda “Bakı” doğma meydanda “Simurq”u 2-1 hesabı ilə
məğlub etdi.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Avroliqaya vəsiqə qazanmaq üçün
qalib gəlməli idik. Lakin bunu bacarmadıq. İlk hissə gərgin keçdi, sarı vərəqələr
oldu, qapımızda qol gördük, penalti vura bilmədik. İkinci hissədə ikinci qolu
buraxdıqdan sonra hesab arasındakı fərqi azaltdıq, lakin bizə lazım olan
sonluğu gətirə bilmədik. Gələcək oyunlarda daha yaxşı oynayıb 4-cü pillədəki
yerimizi qorumalıyıq”.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Bu gün rəqibdən daha yaxşı oynadıq.
Kubok oyunundan sonra komandada psixoloji gərginlik var idi. Külək də oyunumuza
təsir edirdi. Qalib gəldiyimiz üçün komandaya təşəkkürümü bildirirəm”.
|