Topaz
Premyer Liqasının 28-ci turunda “Kəpəz” “Sumqayıt” klubunu 1-0 hesabı ilə məğlub
edərək 2013-cü ildə ilk qələbəsini qazandı.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Qələbə münasibəti ilə Mahmud Qurbanovu
təbrik edirəm. Çoxlu hücum təşkil etməyimizə baxmayaraq, qol vurmaq üçün
futbolçularda ustalıq çatışmırdı. İki oyunçumuz zədəlidir və onların yerini
dolduracaq futbolçu tapa bilmirik. Bu oyunda bir xal qazanmalı idik”.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Bu il ilk qələbəmizi, ilk üç xalımızı
qazandıq. Çətin oyun oldu. Fiziki cəhətdən güclü, sürətli oyunçulara malik
komandaya qarşı oynadıq. Bəxt də bu gün bizim tərəfimizdə idi. Bu cür oyunlarda
bir qol hər şeyi həll edir. İlk qolu rəqib vursa idi, qalib gələ biləcəklərini
düşünürəm. Qələbə qazandığımız üçün şadam, komandanı təbrik edirəm”.
|