![](http://pfl.az/uploads/revan.jpg) Topaz
Premyer Liqasının 28-ci turunda “Rəvan” doğma meydanda “Turan”ı qəbul etdi. Rəqibini
minimal hesabla məğlub edən paytaxt təmsilçisi növbəti üç xalı aktivinə yazdı –
1:0.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “Digər oyunlarla müqayisədə bugünkü
oyunda komanda verilən tapşırıqları yerinı yetirdi, az səhv etdi. Lakin oyunu
müsbət nəticə ilə yekunlaşdıra bilmədik. Əsasən cinahlardan ötürülən toplarda səhvlər
edirdik, əks-hücumdan qapımızda qol gördük. Oyunçularımız topu hiss edə
bilmirdi. Standart vəziyyətlərdən istifadə edib qol vurmaq istəyirdik.
Qarşıdakı dörd oyuna ciddi hazırlaşmalıyıq”.
Ramil
Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Erkən vurduğumuz qol bizə daha rahat
oynamağa imkan verdi. Rəqibi əks-hücumlarda yaxalasaq da, hesab arasındakı fərqi
artıra bilmədik, futbolçularda dəqiqlik çatmadı. Ən yaxşı oyunumuzu oynamadıq, amma qələbə
qazandığımız üçün şadam”.
|