![](uploads/neftciyeni.jpg) Azərbaycan kubokunun finalında “Xəzər Lənkəran”ın rəqibi
paytaxtın “Neftçi” klubu olacaq. Yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Qarabağ”la
2-2 hesablı heç-heçəyə nail olan “Neftçi” 28 mayda keçiriləcək Azərbaycan
kubokunun final oyununa vəsiqəni əldə etdi.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Maraqlı
oyun oldu. “Qarabağ”a qarşı düzgün taktika seçdik. Riçard Almeyda və Reynaldo
Silvanı “bağlamaq” üçün Denis Silva və Erik Ramosu meydana buraxmışdıq. İkinci
qolu Stamenkoviçin böyük səhvindən buraxdıq. “Qarabağ” bizə layiq rəqibdir.
Avrokuboklarda uğurlu çıxış edəcəklərinə inanıram. Azərbaycan kubokunun
finalında “Xəzər Lənkəran”la qarşılaşacağıq. Güclü olanın qazanmasını istəyirəm”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Maraqlı
və gərgin oyun oldu. Azarkeşlər dörd qol gördülər. Oyunda sona kimi mübarizə
apardıq, lakin istədiyimiz alınmadı. “Neftçi” komandası bu gün yaxşı oynadı.
Artıq komandanı “Qəbələ” ilə növbəti çempionat oyununa hazırlamaq lazımdır”.
|