![](uploads/xezer.jpg) Azərbaycan
kubokunun ilk finalçısı məlum olub. Yarımfinal mərhələsinin ilk oyununda səfərdə
“Bakı”ya minimal hesabla məğlub olan “Xəzər Lənkəran” cavab qarşılaşmasında rəqibini
2-0 hesabı ilə məğlub edərək mayın 28-də keçiriləcək Azərbaycan kubokunun final
oyununa vəsiqə qazanıb.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Rəqib komandanı finala çıxması ilə təbrik
edirəm. Çox gözəl oyun göstərdik. Təəssüf ki, yaratdığımız qol imkanlarından
faydalana bilmədik”.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bizim
üçün ağır oyun oldu. Komandamız əzmkarlıq göstərdi, sonacan mübarizə apardı. İlk
qolu vaxtında vurduq. Mənə elə gəlir ki, “Bakı” finala getməyi artıq ilk oyunda
uduzdu. Onlar şanslarını boşa verdilər. Həmin oyunda bizim bəxtimiz gətirdi. Azarkeşlərə
minnətdaram. Hiss etdik ki, doğma divarlar arasında oynayırıq. Qələbədə onların
da payı var”.
|