![](http://pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasının 27-ci turuna “Xəzər Lənkəran” – “Sumqayıt” oyunu ilə yekun
vuruldu. Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa
çatdı – 0:0.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Bu gün qazandığımız bir xala görə
komandanı təbrik edirəm. İlk hissədə qapıçımız iki real qol epizodunda
komandanı xilas etdi. İkinci hissədə isə rəqib hücumameylli futbolçularla
üstünlüyü ələ aldı. Buna baxmayaraq, oyun heç-heçə başa çatdı. Bu, bizim üçün önəmli bir xaldır”.
Con
Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “”Xəzər Lənkəran”a gəldiyim gündən
bəri ilk dəfə idi ki, birinci hissədə bu qədər yaxşı oynadıq. Hər iki hissədə 4
real qol imkanımız oldu. Lakin rəqib qapıçısının inamlı oyununu qeyd etməliyəm.
Əlinə düşən imkanlardan istifadə edə bilmədikdə bu nəticə ilə kifayətlənməli
olursan. Fikrimcə, ən azı 2-0 hesabı ilə qalib gəlməli idik”.
|