![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 27-ci turunda səfərdə “Bakı”nın qonağı olan “Qarabağ” Riçard
Almeydanın qolu ilə rəqibini 1-0 hesabı ilə məğlub etdi.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Oyunun gedişində iki məcburi əvəzetməmiz oldu. Əvəzetmələrdən
daxil olan oyunçular özünü doğrultdu. Çempionatın gərginliyi daha da artır. Bu
cür gözəl stadionda oyunun sürəti də artır. Vacib üç xal qazandığımızı düşünürəm. Bəlkə də bizim komandada qələbə qazanmaq istəyi daha çox idi. Yaxşı oynayan komandaya qalib gəldik. Qarşıda kubok oyunumuz var. Bugünkü oyunu
unudub növbəti oyunlara hazırlaşmalıyıq”.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Yaxşı oynadıq, oyuna nəzarət edirdik.
Başdan sonadək fərqlənmək üçün çoxlu imkanımız oldu. Heyətdə dəyişikliklər
etdik, komandamız qol vurmalı idi. Üç gündən sonra səfərdə vacib kubok oyunumuz
var, bu oyuna hazırlaşmalıyıq”.
|