![](http://pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasının 27-ci turunda “İnter” doğma meydanda “Simurq”u 5-0 hesabı ilə
məğlub edərək turnir cədvəlində ikinci pilləyə yüksəldi.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyunda bir komanda var idi – “İnter”.
Bir futbolçumuzun meydandan çıxması
oyunumuzu pozdu. Oyun haqqında artıq söz deməyə ehtiyac yoxdur”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Komanda oyuna çox yaxşı köklənmişdi. Erkən
qol vurduq. Rəqibin azlıqda qalması bizim oyunumuza müsbət təsir etdi. Sürətli
hücumlar təşkil etdik və qolların ardını gətirdik. Qarşıda “Neftçi” ilə çətin
oyunumuz var, bu oyuna hazırlaşmalıyıq”.
|