![](uploads/neftciyeni.jpg) Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları
çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” qarşılaşmasında ev sahibi komanda
2-1 hesabı ilə qalib gəldi.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Oyuna ciddi hazırlaşmışdıq,
bütün xırdalıqlara fikir vermişdik, oyun istədiyimiz kimi gedirdi. Son dəqiqələrdə
ikinci qolu buraxmaq istəməzdik. Cavab oyununa və Premyer Liqadakı növbəti
oyunumuza hazırlaşacağıq. Çalışacağıq ki, belə səhvlər buraxmayaq”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Hər iki komanda bir-birinə
layiq rəqibdir. Kubok oyunu üçün belə hesab “sürüşkən”dir. Cavab
qarşılaşmasında bu qələbənin ardını gətirməyə çalışacağıq. Əsas odur ki, “Qarabağ”la
oyunlarda olan üç oyunluq məğlubiyyət sindromunu sındıra bildik. Oyun qrafiki
sıx olsa da, qarşıdakı “Qəbələ” ilə oyunda da qalib gəlib, psixoloji səddi
aşmağa çalışacağıq”.
|