![](uploads/xezer.jpg) Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları
çərçivəsində “Xəzər Lənkəran” “Bakı” ilə qarşılaşacaq. Paytaxtda keçiriləcək
ilk oyun öncəsi cənub təmsilçisinin heyətində müəyyən itkilər var. Klubun mətbuat
xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, Topaz Premyer
Liqasında “Turan”a qarşı keçirilən son oyundan sonra komandaya bir günlük
istirahət verilmişdi. Bazar ertəsindən kubok oyunu üçün hazırlıqlara start verən
komanda ilk öncə Tofiq Bəhramov adına Respublika stadionunda, bu gün isə “Bakı”
klubunun bazasında son məşqini keçirib. “Komandanın heyətində ciddi itkilər
yoxdur. Hücumçu Ağabala Ramazanov hərbi xidmət çəkdiyinə görə, yarımmüdafiəçi Elnur
Abdullayev cəza səbəbindən, müdafiəçi Alvaro Silva isə zədə ucbatından sabahkı oyunu
buraxacaq. Komandamız bütün fikrini kuboka yönəldib. İknci altılıqda mübarizə
apardığımızdan Avropa Liqasına vəsiqə qazanmaq üçün kubok son ümidimizdir”.
|