Topaz Premyer Liqasının XXVI turunun “Qəbələ” – “Bakı” matçında “Qəbələ” klubunun 6, “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 1 və 29-cu dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vəsatələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Oyundan sonra təhlükəsizlik təmin olunmadığı üçün (meydançaya azarkeş daxil olub) meydan sahibi 5000 manat cərimə olunur (maddə 50).
Topaz Premyer Liqasının XXVI turunun “Simurq” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXVI turunun “Rəvan” – “Kəpəz” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXVI turunun “Qəbələ” – “Bakı” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXVI turunun “Turan” – “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində “Turan” klubunun 9 №-li futbolçusu Cəlal Cəlalzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
Əvəzedici heyətlərin XXVI turunun “Sumqayıt” – AZAL matçının 77-ci dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Eldar Cankişiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan Divizionunun XXI turunun “Qaradağ Lökbatan” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan Divizionunun XXI turunun “Neftçala” – “Şahdağ” matçının 53-cü dəqiqəsində “Neftçala” klubunun 12 №-li futbolçusu Davud Kərimi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan Divizionunun XXI turunun “Şəmkir” – “Lokomotiv” matçında “Şəmkir” klubunun 7, “Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan Divizionunun XXI turunun “Şuşa” – “Tərəqqi” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan Divizionunun XXI turunun “Ağsu” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 90+2-ci dəqiqəsində “Bakılı” klubunun 15 №-li futbolçusu Turan Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).